Bakıda karantin rejimini pozan çay evinin sahibi cəzalandırıldıbackend

Bakıda karantin rejimini pozan çay evinin sahibi cəzalandırıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda xüsusi karantin rejimini pozan çay evi aşkarlanıb.

NOCOMMENT.az-ın xəbərinə görə, hadisə iyunun 1-i gecə saatlarında paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsi, A.Zeynallı küçəsində yerləşən “Red Black” çay evində qeydə alınıb. Belə ki, Binəqədi Rayon Polis İdarəsi Post Patrul Xidməti və 6-cı Polis Bölməsi əməkdaşlarının birgə keçirdiyi müvafiq tədbirlər nəticəsində “Red Black” çay evinin xüsusi karantin qaydalarını pozaraq saat 22:00-dan sonra fəaliyyət göstərdiyi məlum olub.

Müvafiq tədbirlərlə çay evində ümumilikdə 4 nəfər müəyyən edilib, həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin (İXM) 211-ci maddəsi ilə protokol tərtib olunub. Kafenin sahibi 1 500 manat, digər şəxslər isə 100 manat məbləğində cərimələnib.