Bakıda keçirilən mühüm tədbir başa çatdıbackend

Bakıda keçirilən mühüm tədbir başa çatdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda “Müxtəlifliyin qorunması: 2024-cü ildə İslamofobiya ilə mübarizə” mövzusunda keçirilən beynəlxalq elmi konfrans yekunlaşıb.

NOCOMMENT.az xəbər verir ki, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi, G20 Dinlərarası Dialoq Forumu və Bakı Təşəbbüs Qrupunun birgə təşkilatçılığı ilə keçirilən konfransda iki gün ərzində islamofobiya ilə bağlı ayrı-ayrı panel müzakirələr təşkil edilib.

Müzakirələr zamanı çıxışçılar xüsusilə qərbdə cərəyan edən islamofobik düşüncənin fəsadlarından, onun siyasi təzahüründən, eləcə də qarşısının alınması üçün lazım olan tədbirlərdən danışıblar.

Yekunda iştirakçılar tərəfindən Kommunike qəbul edilib.

Konfrans iştirakçılarının sabah Şuşaya səfəri nəzərdə tutulub.

Qeyd edək ki, konfransda dünyanın 30 ölkəsindən 130-a qədər alim, beynəlxalq təşkilatların ekspertləri, din xadimləri və qeyri-hökümət təşkilatlarının nümayəndələri iştirak edib.

Müzakirələrdə mövzu üzrə yerli ekspertlər, dövlət qurumlarının nümayəndələri, dini icma rəhbərləri, dövlət rəsmiləri və diplomatlar yer alıb./axar.az/