Ümumdünya Karate Federasiyası (WKF) Tokio-2020 Yay Olimpiya Oyunları üçün təsnifat sistemində dəyişiklik edib.
NOCOMMENT.az-ın qurumun rəsmi saytına istinadən məlumatına görə, olimpiadanın təxirə salınması səbəbindən karate yarışlarında təsnifat sistemini yeniləməyi məqsədəuyğun sayıb.
Bundan başqa 25-29 martda Bakıda keçirilməli olan karate üzrə Avropa çempionatı ləğv olunub. Yarışda verilməli olan lisenziya xallarının 2021-ci ildə İsveçin Göteborq şəhərində təşkil olunacaq analoji turnirdə bölüşdürülməsinə qərar verilib.