KoronaVirus İnformasiya Portalı
Bakıda kişi evdən qaçmış gəlini öldürdü – TƏFƏRRÜATbackend

Bakıda kişi evdən qaçmış gəlini öldürdü – TƏFƏRRÜAT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakının Qaradağ rayonunda qardaşı arvadını amansızıqla öldürməkdə təqsirli bilinən Səbuhi Kərimovun barəsində cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

NOCOMMENT.az teleqraf.com-a istinadla xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Samir Əliyevin icraatına verilib. Yaxın günlərdə məhkəmə başlanacaq.

İttihama görə, bu ilin martın 26-da Qaradağ rayonu, Qobustan qəsəbəsində 1981-ci il təvəllüdlü Laləzar Kərimli bıçaqlanaraq qətlə yetirilib.

Məlum olub ki, Laləzar Kərimlini qaynı, 1981-ci il təvəllüdlü Səbuhi Kərimov qətlə yetirib. Səbuhi Kərimov Laləzar Kərimlini bacısının evində öldürüb. İstintaq araşdırması zamanı hadisənin təfərrüatı məlum olub.

Laləzar Kərimli qohumları ilə mübahisə edərək, bacısıgilə gedib. Bundan sonra Sərxan Kərimov qardaşının oğlunu götürərək, hadisəni aydınlaşdırmaq üçün qadının dalınca yollanıb. Bacısının evində olan gəlin və qayın otaqda tək qalıblar.

Qohumlar onların söhbət etdiklərini düşünərək, müdaxilə etməyiblər. Bir müddət keçəndən sonra kişi həmin yeri tərk edib və qohumları Laləzar Kərimlini ölü vəziyyətdə tapıblar.

Hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində hadisəni törədən Sərxan Kərimov həbs edilib. Müəyyən edilib ki, Sərxan Kərimov əvvəllər oğurluq etdiyi üçün məhkumluq həyatı yaşayıb.

İstintaq orqanı tərəfindən Sərxan Kərimovun barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.