Bakıda kişi köşkdə yanaraq ÖLDÜbackend

Bakıda kişi köşkdə yanaraq ÖLDÜ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

FHN-dən NOCOMMENT.az-a verilən məlumata görə, Bakı şəhərinin Nərimanov rayonunda ümumi sahəsi 3 m² olan taxtadan ibarət gözətçi köşkünün yanar konstruksiyaları yanıb.

Yanğın zamanı 1960-cı il təvəllüdlü Məcidov Ədalət Əvəz oğlunun meyiti yanğınsöndürənlər tərəfindən aşkar olunub.

Yaxınlıqdakı avtomobillər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.