Bakıda koronavirus xəstələri saxlanıldılarbackend

Bakıda koronavirus xəstələri saxlanıldılar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Karantin rejimi tələblərinin təmin edilməsi, koronavirus infeksiyanın ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi ağır fəsadların qarşısının alınması məqsədilə daxili işlər orqanlarının əməkdaşları paytaxt ərazisində, eləcə də bölgələrdə nəzarət – profilaktik tədbirləri davam etdirir.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən NOCOMMENT-ə verilən məlumata görə, martın 28-də və 29-da paytaxtın Qaradağ, Yasamal və Xətai Rayon Polis İdarələrinin əməkdaşları tərəfindən həmin rayonlar ərazisində 7 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıblar. Ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq onların yaşayış yerlərini tərk etdikləri müəyyən olunub.

Polis əməkdaşları onlarla izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadıqları evlərə qaytarılıb, bu barədə müvafiq səhiyyə qurumu məlumatlandırılıb.