Bakı şəhəri üzrə yeni növ koronavirus (COVİD-19) infeksiyasına yoluxma göstəriciləri açıqlanıb.
NOCOMMENT xəbər verir ki, paytaxtın rayonları arasında ən yüksək yoluxma göstəricisi Binəqədi rayonunda qeydə alınıb. Belə ki, paytaxt üzrə yoluxma hallarının 15%-i həmin rayonun payına düşür. Bakı şəhərinin digər rayonlarına gəlincə, yoluxma hallarının 13,1%-i Xətai, 12,2%-i Yasamal, 10,7%-i Sabunçu, 7,9%-i Nəsimi, 8,2%-i Suraxanı, 8,2%-i Nərimanov, 7%-i Nizami, 6,8%-i Xəzər, 5,4%-i Qaradağ, 5%-i Səbail, 0,5%-i Pirallahı rayonlarında qeydə alınıb.
Qeyd edək ki, ölkəmizdə koronavirusa ən çox yoluxma faktı Bakı şəhərində müşahidə olunub. Belə ki, ümumi yoluxma hallarının 52%-i paytaxtda qeydə alınıb.