Bakıda köşkdən 1700 manatlıq lotereya oğurlandıbackend

Bakıda köşkdən 1700 manatlıq lotereya oğurlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda köşkdən oğurluq edən Vaqif Əliyev saxlanılıb. 

NOCOMMENT “Qafqazinfo”ya istinadən xəbər verir ki, oğurluq hadisəsi yanvarın 13-də Səbail rayonunun Ş.Allahverdiyev küçəsində yerləşən köşklərin birində baş verib. Köşkdən 300 manat pul, tütün məmulatı və 1700 manat dəyərində lotereyanın qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub.

Səbail RPİ 8-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Vaqif Əliyev müəyyən olunaraq saxlanılıb. Faktla bağlı araşdırma aparılır.