Bakıda köşkdən lotereya biletləri OĞURLANDIbackend

Bakıda köşkdən lotereya biletləri OĞURLANDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda köşk qarət olunub.

NOCOMMENT.az xəbər verir ki, Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Mərdəkan qəsəbəsində yerləşən köşklərin birindən 500 manat pul və 1 900 manat dəyərində lotereya biletləri oğurlanıb.

Bu barədə Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri M.Bukavadze və A.Bəkirov müəyyən edilərək saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır.