Bakıda küçədə qadına sataşdı, ərini bıçaqladı – QƏRARbackend

Bakıda küçədə qadına sataşdı, ərini bıçaqladı – QƏRAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən T.İsmayılovun barəsindəki qərardan verilən dövlət ittihamçısı tərəfindən verilən kassasiya protesti və kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

NOCOMMENT.az Pravda.az-a istinadən xəbər verir ki, Ali Məhkəmənin hakimi İlkin Rəcəbovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, protest və şikayət təmin edilməyib.

 

İttihama görə, hadisə 15 noyabr 2022-ci il tarixdə, saat 21:30 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsində qeydə alınıb.

 

Belə ki, T.İsmayılov küçədə tanımadığı qadına yaxınlaşıb əxlaqsız təkliflər edib. Bu zaman qadının əri, zərərçəkmiş Kərəm Kərəmov (şərti) təqsirləndirilən şəxslə mübahisə edib. Nəticədə T.İsmayılov üzərindəki bıçaqla zərərçəkmiş şəxsin bədən nahiyəsindən bir dəfə qəsdən vuraraq ona xəsarət yetirib.

 

Hadisədən sonra o, saxlanılaraq istintaqa cəlb edilib və barəsində Cinayət Məcəlləsinin (CM) 126.2.4-cü (xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma) və 221.3-cü (xuliqanlıq) maddəsi ilə ittiham irəli sürülüb.

 

Bakı Ağır Cinayətlər Məhkəməsi ona 221.3-cü maddəsi ilə bəraət verib. Hökmə əsasən, onun CM-in 126.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 4 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan dövlət ittihamçısı apellyasiya protesti, təqsirləndirilən şəxs isə apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi təmin etməyib.