Bakıda külək güclənib -FAKTİKİ HAVAbackend

Bakıda külək güclənib –FAKTİKİ HAVA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün saat 9:00-a olan məlumata əsasən ölkə ərazisində hava şəraiti yağmursuz keçib.

 

NOCOMMENT.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sarı xəbərdarlığa uyğun olaraq şərq küləyi arabir Bakıda və Abşeron yarımadasında 21 m/s, Culfada 16 m/s-dək güclənib.

 

Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2.5 metrə çatıb.

 

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 34, Naxçıvan MR -da 37, Aran rayonlarında 37, dağlıq rayonlarda 24 dərəcəyədək isti qeydə alınıb.