Bakıda liseyə Lütfi Zadənin adı verildibackend

Bakıda liseyə Lütfi Zadənin adı verildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nazirlər Kabineti görkəmli elm xadimi Lütfi Zadənin xatirəsinin əbədiləşdirilməsi haqqında qərar verib.

NOCOMMENT xəbər verir ki, bununla bağlı baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, Bakı şəhərinin Nəsimi rayonunda yerləşən Texniki humanitar liseyə Lütfi Zadənin adı verilib.

Eyni zamanda Bakı Şəhər İcra Hakimiyyəti Lütfi Zadənin Bakı şəhərində yaşadığı binaya (Əlövsət Quliyev küçəsi, 79) xatirə lövhəsinin vurulmasını təmin edəcək.

Təhsil Nazirliyi bu qərardan irəli gələn məsələləri həll edəcək.