Bakıda marşrut avtobusu qəzaya düşdübackend

Bakıda marşrut avtobusu qəzaya düşdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün saat 14 radələrində Hövsan şosesində (Qum Adası) 132 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən avtobusun (10-TG-079 DQN-lı) iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə Bakı Nəqliyyat Agentliyindən NOCOMMENT-ə bildirilib: “Daşıyıcı şirkət “Kral-Transport” MMC-dən verilən ilkin məlumata əsasən, “Mercedes” markalı minik avtomobili yolun əks istiqamətinə çıxaraq avtobusla toqquşub.

Nəticədə minik avtomobilinin sürücüsü xəsarət alıb. Avtobusda olan sərnişinlərdən xəsarət alan yoxdur”.