Bakıda “Maşın bazarı”nda kişi özünü PARTLATDIbackend

Bakıda “Maşın bazarı”nda kişi özünü PARTLATDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda axtarışda olan şəxs özünü qumbara ilə partlatdı.

NOCOMMENT.az xəbər verir ki, hadisə paytaxtın Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən “Maşın bazarı” adlanan ərazidə qeydə alındı.

Axtarışda olan şəxs “Maşın bazarı” adlanan əraziyə gələrək özünü partlatmaq istəyib.

Həmin şəxs zərərsizləşdirilən zaman o, qumbaranı işə salaraq özünü partlatdı.

Hadisə zamanı üç nəfər polis əməkdaşı da xəsarət aldı.

Hazırda hüquq-mühafizə orqanların əməkdaşları hadisə yerinə cəlb olundu.