Bakıda mədəkiçiltmə əməliyyatının yeni üsulu həyata keçirildi – İLK DƏFƏ/FOTOLARbackend

Bakıda mədəkiçiltmə əməliyyatının yeni üsulu həyata keçirildiİLK DƏFƏ/FOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda ölkə tibb tarixində ilk dəfə əcnəbi vətəndaş üzərində SASI BYPASS (Single Anastomosis Sleeve Ileal bypass) mədəkiçiltmə əməliyyatının yeni üsulu həyata keçirildi.

NOCOMMENT.az-a məlumat verən əməliyyatı icra edən Mədəkiçiltmə-arıqlama, Laparoskopik Bariatrik cərrahiyə, Bariatrik və Metabolik Suregeon üzrə tanınmış həkim Mojtaba Haşemzadə bildirib ki, bu əməliyyat hazırda yalnız bir neçə ölkədə icra olunur. Hətta Avropa ölkələrində belə bu əməliyyat növü hələ ki, icra olunmur.

Mədəkiçiltmə əməliyyatı_Mojtaba Haşemzadə

“Bu əməliyyatın göstərişləri aşağıdakılardan ibarətdir:

1. Obezitə (köklük) müalicəsi. Bu üsulun digərlərindən üstünluyu odur ki, itirilən çəki təkrar geri qayıtmır. Yəni xəstənin təkrar kökəlmə şansı yoxdur. Digər üstünlüyü isə əməliyyatdan sonra vitamin çatışmazlığına məruz qalmırlar. Hansı ki, digər üsullarda bu problemlə çox rastlaşılır.

2. Bu üsulla 2-ci tip şəkərli diabet xəstələrimiz diabet xəstəliyindən azad olurlar. Belə ki, bu eyni zamanda diabetin müalicəsi də sayılır.

3. Digər mədəkiçiltmə üsulları ilə arıqlayıb və bir neçə müddətdən sonra təkrar çəkiləri artan xəstələri bu üsul ilə, yəni SASİ baypass əməliyyatı ilə müalicə edirik və bu problem aradan qaldırılır.

Hazırda bu əməliyyat tərəfimizdən Bakı Medikal Plaza xəstəxanasında həyata keçirilir”, – deyə Dr. Mojtaba Haşemzadə qeyd edib.

Həkim həmçinin qeyd edib ki, İngiltərədən müraciət edən xanım 7 il əvvəl mədəkiçiltmə əməliyyatı nəticəsində 40 kg çəki itirdikdən sonra 2 ildir ki, təkrar kilo almağa başlamışdı. Yəni yenidən kökəlmə baş verib və xəstənin 20 kg çəkisi artıb.

“Yanaşı olaraq xəstənin mədə refluks (qıcqırma) şikayətləri də var idi ki, Dr. Mojtaba Haşemzadənin araşdırmaları zamanı mədə yırtıqı (qrija) da aşkar edildi. Bu səbəblərdən xəstəyə SASİ baypass və Cruroplasty əməliyyati planlaşdırdıq və uğurla icra etdik”, – deyə həkim vurğulayıb.

NOCOMMENT.az