Bakıda məktəbəqədər təhsil bu tarixdən başlayacaqbackend

Bakıda məktəbəqədər təhsil bu tarixdən başlayacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nazirlər Kabineti “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkili barədə” 2020-ci il 29 avqust tarixli 312 nömrəli Qərarında dəyişiklik edib.

NOCOMMENT xəbər verir ki, dəyişikliyə əsasən, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrində təhsil oktyabrın 1-dən başlayacaq.

Qərara əlavə olunan yeni bəndə əsasən, ölkənin digər şəhər və rayonlarında fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrində tədris sentyabrın 15-dən başlayacaq.

Qərar 2020-ci il noyabrın 2-dək qüvvədədir.