Bakıda məktəbləri gözləyən CİDDİ TƏHLÜKƏ – zolaq problemi VİDEObackend

Bakıda məktəbləri gözləyən CİDDİ TƏHLÜKƏ – zolaq problemi VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda məktəblərin birinin qarşısında ciddi təhlükə var. Yəni məktəbin qarşısından keçən yolda zolaqlar silinib, tramplinlər yararsız vəziyyətə düşüb.

NOCOMMENT.az xezerxeber.az-a istinadən xəbər verir ki, nəticədə avtomobillər üçün maneə aradan qalxıb və sürücülər sürətli sürməyə başlayıblar.

Söhbət Bakının Sabunçu rayonu, Muxtarov qəsəbəsi, şəhid Əmrulla Əliyevin adına olan küçədən gedir. Bu küçədə yerləşən 78 saylı tam orta məktəbin şagirdləri üçün hər an təhlükə var.

Əvvəllər burada süni maneəyə görə, sürücülər sürəti aşağı salırdılar. İndi isə nadir hallarda buna əməl edilir.

Sakinlər aidiyəti qurumlardan bu təhlükəni nəzərə alıb real addım atılmasını istəyirlər.

Məsələ ilə bağlı Yerüstü Nəqliyyat Agentliyindən bildirildi ki, əraziyə baxış keçiriləcək və lazımı tədbirlər görüləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.