Bakıda məktəbli qızlar itkin düşdülərbackend

Bakıda məktəbli qızlar itkin düşdülər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda 14 yaşlı qızlar itkin düşüblər.

NOCOMMENT xəbər verir ki, report-un əldə etdiyi məlumata görə, hadisə avqustun 6-da paytaxtın Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində qeydə alınıb.

Belə ki, 2008-ci il təvəllüdlü Dünyamalıyeva Zəhra Sulduz qızı 16:00 radələrində nənəsinin yaşadığı evdən çıxaraq naməlum istiqamətə gedib və bir daha geri qayıtmayıb.

Bundan başqa, avqustun 8-də paytaxtın Sabunçu rayonu, Maştağa qəsəbəsində 2008-ci il təvəllüdlü Qazzayeva Nərmin Cavanşir qızı saat 18:20 radələrində yaşadığı evindən çıxaraq naməlum istiqamətə gedib və bir daha geri qayıtmayıb.

Faktla bağlı araşdırma aparılır.