Bakıda mənzildə meyit tapıldıbackend

Bakıda mənzildə meyit tapıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsində 1 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

NOCOMMENT.az xəbər verir ki, FHN-in Mətbuat xidmətindən verilən məlumata görə, məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunub.

Həyata keçirilən müvafiq tədbirlər nəticəsində 1 nəfərin meyiti mənzildə aşkar olunaraq aidiyyəti üzrə təhvil verilib.