“Baku Great Vall Restaurant” Məhdud Məsuliyyətli Cəmiyyəti ticarət qaydaları əleyhinə olan (İstehlakçıların hüquqlarının pozulması) inzibati xəta protokolu tərtib olunub.
NOCOMMENT.az valyuta.az-a istinadən xəbər verir ki, protokol İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsi ilə irəli sürülüb.
İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsinə görə İstehlakçıların hüquqlarının pozulmasına, yəni qanunvericiliyə əsasən məcburi sertifikatlaşdırılmalı olan, lakin sertifikatlaşdırılmamış malların istehsalına, satılmasına, işlərin yerinə yetirilməsinə, xidmətlərin göstərilməsinə; görə fiziki şəxslər 350 manatdan 500 manatadək məbləğdə, vəzifəli şəxslər 1 500 manatdan 2 000 manatadək məbləğdə, hüquqi şəxslər 4 000 manatdan 6 000 manatadək məbləğdə cərimə edilir.
İş Bakı Şəhər Səbail Rayon Məhkəməsində hakim Ülviyyə Şükürovanın icraatındadır.
Qeyd edək ki, qanuni təmsilçisi Xueqın Ye olan MMC restoran fəaliyyəti göstərir. Bakıda tanınan Çin Restoranıdır. Sözügedən restoran bu gündən fəaliyyətin dayandırılacağı deyilir.