Bakıda məşhur klinikada ölən gənc qızın meyiti ailəsinə verilmir – VİDEObackend

Bakıda məşhur klinikada ölən gənc qızın meyiti ailəsinə verilmir – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda gənc qız xərçəng xəstəliyindən vəfat edib.

NOCOMMENT xəbər verir ki, dünən Təbəssüm Məmmədova paytaxtda yerləşən “Bona Dea İnternational Hospital”da ölüb.

Onun anası Elnurə Əsgərova sosial şəbəkədə videogörüntü yayaraq, iddia edib ki, xəstəxanaya vəsait ödəyə bilmədiyi üçün övladının nəşi ona vermir: “Qızımın nəşini aparmaq üçün səkkiz min borcum qaldığı üçün onu vermirlər. Hər şeyimi satıb, borc almışam, qızımın meyitini 10 gün də orda saxlasalar, səkkiz mini tapıb gətirə bilməyəcəm”.

Dəhşət!Qadının övladı xəstəxanada xərçəngdən ölüb. "Bona Dea International Hospital” qızın meyitini qaytarmır ki, əvvəl borcunuzu gətirin, sonra meyiti aparın. Deyirlər, qalıb da soyuducuda, heçnə olan deyil.Bu nə vicdansızlıqdı? Birincisi, adam əlinizdə ölüb, bunu nəzərə alın. Sağ deyil ki, pul tələbini ötkəm-ötkəm eləyəsiz.İkincisi, başa düşürük, özəl xəstəxanasız, müalicəyə xərclənən pul pasiyent dünyasını dəyişsə belə, ödənməlidir. Amma bunun yolu var, müqaviləyə uyğun məhkəməyə verib, pulunuzu tələb edin. Meyitinizi vermirik nədir? Ermənilər də o tayda qalan əsgərlərimizin meyitlərini qarşılıq müqabilində qaytarır.Fərq?Məsələ budur ki, mərhumun anası deyir ki, 30 min manat ödəmişik, 8 minə artıq gücümüz çatmır.Qeyd: Video ictimailəşəndən sonra meyit qaytarıldı… (Amma necə? Qaytarılma prosesinin görüntüsünü postun rəy hissəsinə əlavə edirəm)

Gepostet von Serdar Amin am Freitag, 26. Juni 2020