Bakıda məşhur restoran yanır – VİDEObackend

Bakıda məşhur restoran yanırVİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nərimanov rayonu, Keşlə bazarının yaxınlığında yanğın hadisəsi baş verib.

NOCOMMENT.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, nazirliyin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsində restoranda yanğın olması barədə məlumat daxil olub.

Yanğın Əliyar Əliyev küçəsində yerləşən “50 Qəpik” adlanan restoranda başlayıb.

Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının baş verdiyi ünvana cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.