Bakıda məşhur restoranla bağlı ŞOK İDDİA – VİDEObackend

Bakıda məşhur restoranla bağlı ŞOK İDDİA – VİDEO 

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azadlıq prospekti 28 ünvanında, yaşayış binasının altında fəaliyyət göstərən “Leo Port Burger” adlı obyektin havalandırma sistemi uzun müddətdir sakinləri narahat edir.

NOCOMMENT.az xəbər verir ki, sakinlərin sözlərinə görə, havalandırma borusundan yağ axır və bu axıntı bir neçə dəfə binada qısaqapanmaya səbəb olub.

Bu isə hər an yanğına gətirib çıxara biləcək ciddi təhlükə deməkdir.

“Bir ildən artıqdır ki, həmin restoranla mübarizə aparırıq. Sakinlərin razılığı olmadan binaya boru quraşdırıblar. Şikayət etdikdə isə bizə “Siz kimsiniz? Biz nə istəyirik, onu da edirik” dedilər. Borudan axan çirkli yağ bizim eyvana tökülür. Narazılığımızdan sonra daha irihəcimli mühərrik və boru gətirib binanın damına yerləşdirdilər. Mühərrik işə düşəndə bina silkələnir. Boru tüstü bacasının yanındadır, kiçik bir qığılcım yağla birləşsə, güclü yanğın baş verə bilər”, ‒ deyə sakinlərdən biri söyləyib.

Restoranın inzibatçısı İbrahim Babayev havalandırma sisteminin 2022-ci ildən quraşdırıldığını söyləyib:

“Aidiyyəti qurumların bu barədə məlumatı var. Sakinlər düşünürlər ki, biz bunu yeni etmişik, amma sistem əvvəldən belədir”.

O həmçinin restoranın qarşısındakı ağacların kəsilməsi ilə bağlı deyilənləri təkzib edib. Əlavə edib ki, təmizlik işləri aparılan zaman sakinlər onlara mane olmağa çalışaraq təhlükəli vəziyyət yaradırlar.

Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, məsələ ilə bağlı araşdırma aparılır. Ağacların kəsilməsi və havaya yayılan qoxu ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova qeyd edib ki, əraziyə baxış keçirilib və şikayət araşdırılacaq.

Ətraflı BakuTV-nin süjetində: