Bakıda Milli Qəhrəman və şəhid adı daşıyan məktəblərin sayı açıqlandıbackend

Bakıda Milli Qəhrəman və şəhid adı daşıyan məktəblərin sayı açıqlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrindən 129-u şəhid, 37-si Milli Qəhrəman adını daşıyır.

Bu barədə NOCOMMENT-ə Təhsil İdarəsindən məlumat verilib.

Qeyd olunub ki, məktəblərə Milli Qəhrəmanların və şəhidlərin adının verilməsi şagirdlərin vətənpərvərlik tərbiyəsi işinin səmərəli təşkili baxımından və gələcəyimiz olan gənclərə milli ruhun aşılanmasında mühüm əhəmiyyət kəsb edir.