Bakıda müəllim məktəbdə vəfat etdibackend

Bakıda müəllim məktəbdə vəfat etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda orta məktəbdə müəllim vəfat edib.

NOCOMMENT.az qafqazinfo-ya istinadla bildirir ki, hadisə dekabrın 16-da, saat 12 radələrində Qaradağ rayonu, Korgöz qəsəbəsindəki 197 saylı tam orta məktəbdə baş verib.

Məktəbdə ibtidai sinif müəllimi işləyən 1979-cu il təvəllüdlü Sevda Həsənovanın vəziyyəti qəfil pisləşib. Təcili yardım çağırılsa da, o, dünyasını dəyişib. İlkin məlumatlara görə, 46 yaşlı müəllim ürək çatışmazlığından vəfat edib.

Hadisə ilə bağlı araşdırma aparılır.