Bakıda müəllim şagirdinin həyatını xilas edib – VİDEObackend

Bakıda müəllim şagirdinin həyatını xilas edib – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hər gün gəlib məhz bu partada otururdu. Sinifdə fəal olsa da, dərsə davamiyyətinin zəif olması onu təhsildən çox yayındırırdı. Sonuncu dəfə isə bu davamiyyətsizlik bir ay çəkib. Elə məhz bundan sonra da bütün hadisələrin üstü açılıb…

Bütün bunlar Bakıda 17 saylı məktəbdə baş verib. Haqqında bəhs etdiyimiz qızcığaz isə bu məktəbin 1-ci sinfində təhsil alıb.

Dərslərə müntəzəm gəlməməsi sinif müəlliməsini şübhələndirib. Uşağın valideynləri ilə əlaqə saxlasa da, eşitdikləri onu qane etməyib.

Daha sonra uşağın 1 aya yaxın müddətə dərsə gəlməməsi Şəhla müəllimənin şübhələrini daha da artırıb. Qızcığazın valideynlərinə nə qədər zəng vursa da, bu dəfə telefonuna cavab verən olmayıb. Daha sonra uşağın atasının göndərdiyi video müəlliməni dəhşətə gətirib. Videoda narkotik maddənin təsiri altında qıvrılan qadının uşağın anasının olduğu iddia edilir. Videonu lentə alan atanın vəziyyətinin də normal olmadığı söhbətdən aydın görünür.

Uşağın atası öncə uşağını vermək istəməsə də, müəllim və pxisoloqun səyləri nəticəsindən uşaq ailədən alınıb.

Müəllimənin bu hərəkətini Bakı Şəhər Təhsil İdarəsi də təqdir edib və Şəhla müəllimə təşəkkürnamə ilə təltif olunub.

Qeyd edək ki, hazırda qızçığaz Bakıdakı uşaq evlərindən birinə təhvil verilib.

Gundem.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: