Bakıda müəmmalı hadisə: Oynamaq üçün həyətə düşən üç bacı itkin düşübbackend

Bakıda müəmmalı hadisə: Oynamaq üçün həyətə düşən üç bacı itkin düşüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda üç uşaq itkin düşüb.

NOCOMMENT-in lent.az-a istinadən məlumatına görə, hadisə mayın 17-də paytaxtın Sabunçu rayonu Q.Vəzirov küçəsində qeydə alınıb.

14 yaşlı S.R., onun bacıları, 10 yaşlı Ş. və 7 yaşlı X. oynamaq məqsədilə evin qarşısına çıxaraq, bir daha geri qayıtmayıblar.

Bu barədə onların anası M.Salmanova Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinə müraciət edib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində onların hər üçü tapılaraq ailəsinə təhvil verilib.

Faktla bağlı həmin bölmədə araşdırma aparılır.