Bakıda odlu silahdan atəş açaraq arvadını öldürmək istəyən şəxsin kimliyi məlum oldu – Açıqlamabackend

Bakıda odlu silahdan atəş açaraq arvadını öldürmək istəyən şəxsin kimliyi məlum oldu – Açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şəxsin silahdan açılan atəş nəticəsində xəsarətlər alması faktına görə cinayət işi başlanıb.

NOCOMMENT.az bu barədə Yasamal rayon prokurorluğunun məlumatına əsasən xəbər verir.

İyulun 16-da saat 13 radələrində paytaxtın Yasamal rayonu ərazisində 1987-ci il təvəllüdlü Fərqanə Kərimovanın xəsarətlər alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırma zamanı 1986-cı il təvəllüdlü Vasif Kərimovun silahdan atəş açaraq arvadı Fərqanə Kərimovanı qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Fərqanə Kərimova xəstəxanaya yerləşdirilib, hazırda müalicəsi davam etdirilir.

Faktla bağlı Yasamal rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsilə cinayət işi başlanıb.

Vasif Kərimov iş üzrə şübhəli şəxs qismində tutulub.

Cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.