Bakıda oğurlanan ikiyaşlı uşağın anası danışdı – VİDEObackend

Bakıda oğurlanan ikiyaşlı uşağın anası danışdı – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Paytaxtın Sabunçu rayonunda ikiyaşlı uşağının oğurlandığını iddia edən ana televiziyaya danışıb.

NOCOMMENT xəbər verir ki, Reyhan Şıxəliyeva Xəzər TV-yə açıqlamasında bildirib ki, oğlu dörd övladının gözü qarşısında yaşadığı evdən oğurlanıb: “İki gün əvvəl işdə olarkən həyat yoldaşım övladımızın oğurlandığını dedi. Dərhal işlədiyim bazardan evə gəldim”.

R.Şıxəliyeva iddia edir ki, uşağını oğurlayan qadın əvvəllər onların kirayədə qaldıqları ünvana gələrək həm onlara, həm də ətrafda yaşayanlara sosial yardım veriləcəyi adı ilə siyahıya alıb.

Qadın onu da iddia edir ki, həmin şəxs oğurluğu digər üç uşağın gözü qarşısında həyata keçirib.