Bakıda oğurluq edən qadınlar həbs olundularbackend

Bakıda oğurluq edən qadınlar həbs olundular

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakının Binəqədi rayonunda oğurluq hadisəsi baş verib.

NOCOMMENT xəbər verir ki, Binəqədi rayon Polis İdarəsinin 7-ci polis bölməsinə M.Ə.Rəsulzadə qəsəbəsindəki evlərin birindən 3 000 manat pul və 1 415 manat dəyərində məişət əşyalarının oğurlanması barədə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bərdə rayon sakini Aynurə Məmmədova və Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Samirə Süleymanova müəyyən olunaraq saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır.