Bakıda ölümlə nəticələnən ağır qəza ilə bağlı detallar bəlli oldu – VİDEObackend

Bakıda ölümlə nəticələnən ağır qəza ilə bağlı detallar bəlli oldu – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakının Sabunçu rayonu Kürdəxanı qəsəbəsində baş verən yol qəzasının detalları bəlli olub.

NOCOMMENT oxu-ya istinadən xəbər verir ki, faktla bağlı açıqlama verən Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru Araz Əsgərli hadisənin oktyabrın 10-da saat 17:20-də baş verdiyini deyib: “Kürdəxanı şosesi, Əjdər Məlikov küçəsində yerləşən “Nail Market”in qarşısında 1999-cu il təvəllüdlü Sumqayıt sakini Əhmədova İlkanə Rəsul qızının idarə etdiyi “Chevrolet Malibu” avtomobili yolun sağında dayanmış vəziyyətdə olan 1982-ci il təvəllüdlü Naxçıvan sakini Kərimov Emil Əli oğluna məxsus “Audi” markalı avtomobilə və 1984-cü il təvəllüdlü Kəlbəcər rayonu sakini Umudov Fəxri Məzahir oğluna məxsus “Mitsubishi” markalı avtomobilə çırpılıb.

Fəxri Umudov aldığı xəsarət nəticəsində hadisə yerində həyatını itirib. İlkanə Əhmədova isə sərxoşluq dərəcəsinin müəyyən olunması üçün həkim müayinəsindən keçib və sərxoş olmadığı müəyyən edilib”.