Bakıda Orduya dəstək yürüşündə təxribata çalışan AXCP üzvləri – ADLAR (VİDEO)backend

Bakıda Orduya dəstək yürüşündə təxribata çalışan AXCP üzvləriADLAR (VİDEO)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İyulun 14-dən 15-nə keçən gecə Bakıda ictimai qaydanın kobud surətdə pozulması hallarına yol verən daha bir qrup şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

NOCOMMENT.az xəbər verir ki, aparılan istintaq prosesi xalqın vətənpərvərlik hisslərilə oynamaqla parlamentə hücum edərək xaos yaratmaq istəyən şəxslərin AXCP üzvləri və radikal dindarlar olduğunu təsdiqləyir.

Fakt üzrə başlayan əməliyyat-axtarış və əməliyyat istintaq nəticəsində qanunsuz hərəkətlər törətməkdə şübhəli bilinən şəxslərdən daha bir qrupunun şəxsiyyəti müəyyən edilib. Saxanılanlar şübhəli şəxs qismində istintaqa cəlb edilib və barələrində cinayət işi başlanaraq məhkəmənin müvafiq maddələri ilə həbs olunublar.

Parlament qarşısında xaosa çalışan şəxslərin bəzilərinin kimliyinə və hansı dairəni təmsil etdiklərinə də aydınlıq gətirilib. Saxlanılan şəxslər arasında AXCP Rəyasət Heyətinin üzvləri Asif Yusifli, Bəxtiyar İmanov, ACXP üzvləri İsmayıl Həsənov, Ramid Nağıyev, Şəmsi Rəhimli, Məhəbbət Nağıyev və Ayaz Məhərrəmov da var. Bu şəxslər həmin vaxt zorakılıq hərəkətlərinə yol verdikləri üçün həbs olunublar. Həmçinin saxlanılanlardan radikal dindar, “Müsəlman Birliyi” adlı hərəkatının tərəfdarları Elçin Məmmədov, Kamil Mahmudov, Emin Hüseynzadə və Tural Vəliyev dini və dövlət əleyhinə çağırışlar etdiyi üçün həbs olunublar. AXCP bu dəfə aksiyaya koronavirus xəstəsi olan üzvlərini də göndərib. Partiya üzvləri olan Məhəmməd İmanlı, Vüqar Vəliyev, Nicat Əlizadə, Nicat İbrahim və Mirmehdi İbrahimov aktiv koronavirus xəstəsi kimi qeydiyyatdadırlar.

Parlament qarşısında təxribat törətmək istəyənlərin sırf Milli Şuranın sifarişlərini yerinə yetirən qaraguruhçular olduğu aşkarlanıb. Müəyyən edilib ki, bu şəxslər sonradan kütləyə qoşularaq əhalinin vətənpərvərlik hissi ilə oynamaq, qarşıdurma yaratmaqla bağlı planlar quran antimilli şəbəkənin əlaltılarıdır.

Trend

Buna da baxın

Bu qadınlar pensiyaya 5 il tez çıxacaq – Yeni qanunbackend
Sosial
Bu qadınlar pensiyaya 5 il tez çıxacaq – Yeni qanun