Bakıda parkda 39 yaşlı qadın öldürüldü – Əri saxlanıldıbackend

Bakıda parkda 39 yaşlı qadın öldürüldü – Əri saxlanıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda qətl törədilib.

NOCOMMENT.az-ın “Qafqazinfo”ya istinadən əldə etdiyi məlumata görə, aprelin 7-si saat 19 radələrində Suraxanı rayonu Qaraçuxur qəsəbəsi Ə.Mehbalıyev küçəsində yerləşən Neftçilər parkında qadın bıçaqlanaraq qətlə yetirilib.
Öldürülən qadının 1986-cı il təvəllüdlü Sevinc Tofiq qızı Məhərrəmova olduğu müəyyən edilib.
Hadisəni törətməkdə şübhəli bilinən S.Məhərrəmovanın həyat yoldaşı 1980-ci il təvəllüdlü Natiq Zakir oğlu Məhərrəmov saxlanılıb.
Onun qısqanclıq zəminində hadisəni törətdiyi bildirilir.
Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.