Bakıda parkda tanışını döyən şəxsi bıçaqladı – QƏRARbackend

Bakıda parkda tanışını döyən şəxsi bıçaqladı – QƏRAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı Apellyasiya Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Kərim Mahmudovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

NOCOMMENT.az-ın Pravda.az-a istinadə xəbərinə görə, hakim Zaur Hüseynovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, şikayət təmin edilməyib.

 

İttihama görə, hadisə 01 iyul 2023-cü il tarixdə, saat 21 radələrində paytaxt ərazisində yerləşən “Konqres Mərkəzi”nin qarşısında olan parkda qeydə alınıb. Belə ki, Kərim Mahmudovun tanışı ilə zərərçəkmiş Rəvan Həmidov və digər şəxs arasında mübahisə yaranıb. Mübahisə zamanı onun tanışı döyülərək xəsarət alıb. Sonra Kərim parkda zərərçəkmiş Rəvan Həmidovu yerə yıxıb bıçaqla onun sağ bud nahiyəsindən qəsdən bir dəfə vuraraq xəsarət yetirib. Nərimanov Rayon Məhkəməsinin hökmü ilə o, 1 il 8 ay 29 gün müddətinə azadlıqdan məhrum edilib.