Bakıda partlayışda həlak olanların sayı altıya çatdı – CANLI YAYIMbackend

Bakıda partlayışda həlak olanların sayı altıya çatdı – CANLI YAYIM

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsində yerləşən sexdə baş verən partlayış-yanğın nəticəsində ölənlərin sayı altıya çatıb.

NOCOMMENT.az APA-ya istinadən xəbər verir ki, dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıb.

***

Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsində yerləşən sexdə baş verən partlayış-yanğın nəticəsində ölənlərin sayı beşə çatıb.

NOCOMMENT.az APA-ya istinadən xəbər verir ki, dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıb.

Hazırda axtarış-xilasetmə əməliyyatı davam etdirilir.

***

Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsində yerləşən sexdəki yanğın Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən tam söndürülüb.

Bu barədə FHN-in Mətbuat Xidmətindən bildirilib.

***

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsində yerləşən sexdəki yanğın məhdudlaşdırılıb.

Bu barədə FHN-dən məlumat verilib.

 

Bildirilir, hazırda yanğının tam söndürülməsi və hadisənin nəticələrinin aradan qaldırılması istiqamətində tədbirlər davam etdirilir.

***

Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsi yaxınlığında mebel sexində baş verən partlayışdan sonra məhdudlaşdırılmasına çalışılan yanğın yenidən güclənib.

Bu barədə Oxu.az-ın hadisə yerində olan müxbiri məlumat verir.

***

Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsi yaxınlığında mebel sexində baş verən partlayış və yanğınla bağlı hadisə yerinə müxtəlif aidiyyəti qurumların əməkdaşları cəlb olunublar.

Oxu.az-ın hadisə yerində olan müxbirinin məlumatına görə, fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev də yanğın baş verən əraziyə gəlib.

***

Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsi yaxınlığında mebel sexində baş verən yanğınla mübarizə davam edir.

Oxu.az-ın hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, hazırda partlayışlar davam edir. Partlayışların səbəbi müəyyənləşdirilməyib.

***

Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsi yaxınlığında sexdə baş verən partlayışla bağlı hazırda baş prokurorun müavini Elmar Camalov və Baş Prokurorluğun Kriminalistika və İnformasiya Texnologiyaları İdarəsinin əməkdaşları hadisə yerindədirlər.

Bu barədə Baş Prokurorluğun məlumatında deyilir.

Qeyd olunur ki, aidiyyəti dövlət orqanları ilə birgə zəruri istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

***

Bakıda sexdə partlayış-yanğın nəticəsində iki nəfər ölüb.

APA xəbər verir ki, xeyli sayda xəsarət alan var.

***

Binəqədi rayonu, Abay Kunanbayev küçəsində yerləşən mebel sexində baş vermiş yanğınla əlaqədar polis əməkdaşları əraziyə cəlb edilib. DİN-in Mətbuat xidmətindən bildirilib ki, ərazi mühafizəyə götürülməklə təhlükəsizlik tədbirləri görülür.

***

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) sorğumuza cavab olaraq bildirilib ki, bu gün Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsi yaxınlığında sexdə partlayış olması barədə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə ilkin məlumat daxil olub.

15 təcili yardım briqadası dərhal hadisə yerinə cəlb olunub. Əlavə məlumat veriləcək.

***

Bakı şəhəri, Binəqədi rayonu, Abay Kunanbayev küçəsində yerləşən mebel sexində yanğın başlayıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri əraziyə cəlb olunublar.

Əlavə məlumat veriləcək.