Bakıda polis ağır qəza törətdi: Ölən varbackend

Bakıda polis ağır qəza törətdi: Ölən var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.

NOCOMMENT qafqazinfo-ya istinadən xəbər verir ki, bu gün saat 1 radələrində Bakı-Ələt magistralının Qaradağ rayonu Qobustan qəsəbəsindən keçən hissəsində 1994-cü il təvəllüdlü Emil Əsədullayevin idarə etdiyi “VAZ” markalı minik avtomobili onunla eyni istiqamətdə hərəkət edən “KamAZ” markalı yük maşınına çırpılıb.

Nəticədə “VAZ”da olan sərnişin, 1993-cü il təvəllüdlü Zərqulu Mirzəliyev aldığı xəsarətlərdən vəfat edib.

Qeyd edək ki, qəza törədən sürücü E.Əsədullayev Səbail Rayon Polis İdarəsinin əməkdaşı, polis serjantıdır.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.