Bakıda polis vətəndaşa hədə-qorxu gəlib, cəriməni nağd ödətdirdi – İDDİA + FOTObackend

Bakıda polis vətəndaşa hədə-qorxu gəlib, cəriməni nağd ödətdirdi – İDDİA + FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nəsimi RPİ-nin 19-cu polis şöbəsinin əməkdaşı polis mayoru Q.Məmmədov yerində cəriməni ödəmədiyinə görə vətəndaşı məhkəmə ilə hədələyib.

NOCOMMENT yeniavaz-a istinadən xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb.

İddialara görə, Nəsimi RPİ-nin 19-cu polis şöbəsinin əməkdaşı polis mayoru Q.Məmmədov Abdullayev Tahir Mirzə oğlunu 15.02.2021 tarixində maska taxmadığına görə cərimələyib. Lakin polis mayoru T.Abdullayevə məhkəmə ilə hədə-qorxu gələrək, cəriməni yerində nağd ödəməsini tələb edib və ödənişi alandan sonra ərazidən uzaqlaşıb.

Qeyd edək ki, T.Abdullayevə tərtib olunan protokolun üzərində “100 AZN ödədi” qeyd olunub.

Daxili İşlər Nazirliyindən məsələnin araşdırılacağı bildirilib.

Xatırladaq ki, Daxili İşlər Nazirliyi daha öncə də bildirmişdi ki, vətəndaşdan yerində pul tələb olunması qanunsuzdur.