Bakıda qadın hamamda zorlanıb? – VİDEObackend

Bakıda qadın hamamda zorlanıb? – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qadın kirayə yaşadığı evdə zorakılığa məruz qaldığını və zorlandığını iddia edir.

NOCOMMENT.az xəbər verir ki, bu barədə CityPost.az saytına müraciət edən Nuranə Həsənova (Red- ad,soyad şərti qeyd edilib) özü bildirib. Qadının iddiasına görə, 2021-ci ilin aprelin 17-sindən 18-nə keçən gecə Yasamal rayonu ərazisində kirayə yaşadığı mənzildə ev sahibi tərəfindən zorlanıb.

“Dadaş Bünyatzadə küçəsi 169 nömrəli mənzildə bir il idi ki, kirayə yaşayırdım. Adəti üzrə hər gün işə gedib, axşam da evə qayıdırdım. Ev sahibi Nazim Məcidov həyətində olan bir neçə kiçik otaqları kirayə vermişdi. Özü də ailəsi ilə həmin həyətdə yerləşən digər evdə yaşayırdı. Bir müddət orada yaşadıqdan sonra N.Məcidovun mənə qarşı davranışlarında xoşagəlməz nüansları hiss etdim. Evə girib-çıxanda məni qəribə baxışlarla sezirdi. Onun xoşagəlməz hərəkətlərini hiss etdikdən sonra evdən çıxmaq qərarına gəldim. Özümə yeni ev axtaran zaman başıma bu bəla gəldi.

Yaşadığım evin qonşu otağında Radxa adlı bir qadın da qalırdı. Onun ev sahibi Nazimlə əvvəldən tanışlığı olub. Eşitdiyimə görə Radxanın üzərində cinayət işi də olub…

Hadisə baş verən günü evə gəldim, yemək yedim. Bişirdiyim yeməkdən Radxaya və 13 yaşlı oğluna da pay çəkdim. Yeməyimizi bitirdikdən sonra Radxaya hamama girəcəyimi bildirdim. O isə,mənim hələ gözləməyimi,əvvəlcə özünün hamamlanmaq istədiyini dedi. Radxa mənə çay gətirdi. Çayı içib,hamama daxil oldum. Üstündən 3-4 dəqiqə keçməmiş özümü pis hiss etməyə başladım. Gördüm ki,başım keyiyir. Özümü ayaqda saxlamaq üçün üzümə soyuq su vurdum. Daha sonra yerə yıxıldım. Gerisini xatrılaya bilmirəm…”

Qadının iddiasına görə, onun çayına qatılan dərmandan sonra o bu hala düşüb. Planı isə ev sahibi ilə həyətdə kirayə yaşayan Radxa adlı qadın birlikdə qurublar.

“Mən huşumu itirib yerə yıxılmışam. Radxanın oğlu hamama girmək istəyərkən oradan xırıltı səsləri eşidib.Tez qaçaraq anasına xəbər verib. Anası onun çağırışlarına ilk olaraq məhəl qoymayıb. Uşağın ağlamasından sonra ev sahibi Nazimə məlumat verib. Nazim evdə olan digər şəxslərdən gizli olaraq hamama daxil olub.Mənim özümdə olmamağımdan istifadə edərək mənimlə zorla cinsi əlaqədə olub.Daha sonra mənə ağır xəsarətlər yetirib”,-deyə qadın bildirib.

Nuranə Həsənovanın (Ad-soyad şərtidir) sözlərinə görə, ev sahibi ona təcavüz etdikdən sonra onu həyətə çıxarıb. Daha sonra eyni həyətdə yaşayan arvadı Aynuru da oraya çağırıb.

“Mənə həkim çağırmaq əvəzinə özləri tərətdiyi cinayəti ört-basdır etmək üçün plan cızmağa başlayıblar. Bütün bunları mənə həyətdə kirayə yaşayan digər qadın bildirib. Sağolsun,həkimi də məhz həmin xanım çağırıb… Məni şok vəziyyətində “Semaşko” xəstəxanasına aparıblar. Orada ayılan zaman ayağımın sındığını,alt dişlərimin qırıldığını bildim. Başa düşdüm ki, ev sahibi Nazim Məcidov mənə təcavüz edərkən ağır xəsarətlər də yetirib”,-deyə qadın iddiasında bildirib.

Şikayətçinin sözlərinə görə, hadisədən 4 ilə yaxın vaxt keçsə də həmin şəxslər cəzalarını almayıblar.Bu məsələ ilə bağlı rəsmi şəxslərin də qəbullarında olduğunu bildirib.

“Mən özümə gələndən sonra Radxa yanıma gəldi. Yaman həyəcanlı idi. Özü də ağlayırdı. Mənə dedi ki,bu işdə onun da əli olub. Daha sonra dedi ki, mənim başıma bir fəlakət gəlsəymiş,ev sahibi Nazim bütün bunları Radxanın üstünə ataraq, onu tutduracaqmış… Bütün bu sözlər məndə şübhələr yaratdı. İndi ədalətin bərpa olunacağı günü gözləyirəm”, – deyə şikayətçi bildirib.