Bakıda qadın sürücü üç piyadanı vurdu – VİDEObackend

Bakıda qadın sürücü üç piyadanı vurdu – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda Suraxanı rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Lent.az məlumat yayıb.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, bu gün paytaxtın Suraxanı rayonunda üç nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Belə ki, “Toyota” markalı, 77-GF-021 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü İsayeva Günay Elman qızı idarəetməni itirərək yol kənarında dayanan üç piyadanı vurub.

Hadisə nəticəsində piyadalar xəsarət alıb. Xəsarətlə bağlı ekspertiza təyin olunub və hazırda faktla bağlı araşdırma aparılır.