Bakıda qala divarına Z yazan şəxs tutuldubackend

Bakıda qala divarına Z yazan şəxs tutuldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İyunun 13-də saat 20 radələrində Bakının Səbail rayonu ərazisində kuryoz hadisə baş verib.

NOCOMMENT minval-a istinadən xəbər verir ki, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunun qala divarında Rusiyanın Ukraynadakı “xüsusi əməliyyatı”na dəstəyin rəmzi olan “Z” hərfi yazılıb.

Ərazinin 9-cu polis bölməsinin əməkdaşları qoruq obyektinə zərər vuran şəxsi müəyyənləşdiriblər. Onun paytaxt sakini Aleksandr Saprıkin (1955-ci il təvəllüdlü) olduğu məlum olub.

Polis onu tapıb və barəsində inzibati tənbeh tətbiq etmək üçün polis bölməsinə aparıb.