Bakıda qanunsuz aparılan tikinti işləri dayandırılıb – VİDEObackend

Bakıda qanunsuz aparılan tikinti işləri dayandırılıb – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tikintidə təhlükəsizliyin təmin olunması istiqamətində üzərinə düşən vəzifələrin icrasını davam etdirir.

FHN-dən NOCOMMENT-ə verilən məlumata görə, agentliyin mütəxəssisləri tərəfindən Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, K.Əfkari küçəsində vətəndaş tərəfindən müvafiq sənədlər olmadan qeyri-yaşayış obyektinin tikintisinin aparılması faktı aşkar edilib.

Göstərilən məsələ ilə əlaqədar FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi və Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən həyata keçirilən tədbirlər nəticəsində qanunsuz tikinti işləri dayandırılıb və obyekt nəzarətə götürülüb.