Bakıda qaraçı qadınlar hicab bağlayıb marketi taladılar – VİDEObackend

Bakıda qaraçı qadınlar hicab bağlayıb marketi taladılar – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

16:15

Fevralın 20-də günorta saatlarında Bakının Keşlə qəsəbəsində soyğun baş verib.

NOCOMMENT.az xəbər verir ki, 5-6 qadın qara çadrada Keşlə məscidinin yaxınlığındakı “Al Market” şəbəkəsinə məxsus mağazaya giriblər. Onlar əllərində bıçaq, ülgüc tutaraq kassirləri hədələyib, oradakı pulu götürüblər.

Şahidlər onu da deyiblər ki, marketə basqın edən qadınlar əllərindəki pipetli əşya ilə ağızlarına maye fısqırdıblar.

DİN-in Mətbuat Xidmətindən NOCOMMENT.az -a verilən məlumatda bildirilib ki, şübhəlilər dilənçi və tufeyli həyat sürən şəxslər olub.

“Mağazadan bir neçə qutu tütün məmulatlarını talayıblar. Hazırda polis əməkdaşları tərəfindən araşdırma aparılır”, – məlumatda bildirilib.

****

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlə əməli törətməkdə şübhəli bilinən 5 nəfər müəyyən olunaraq saxlanılıblar.