Bakıda qayınata gəlinini necə öldürüb doğradığını açıqladı – VİDEObackend

Bakıda qayınata gəlinini necə öldürüb doğradığını açıqladı – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2021-ci il ynvarın 27-də gecə saat 1-də Elşən Rzayev Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng edərək yaşadığı ərazidə yerləşən məişət tullantıları qutusunda sellofan torbanın içərisində insan ayağı aşkar etməsi barədə məlumat verib.

İstintaq-əməliyyat tədbirləri nəticəsində aşkar edilən naməlum qadın meyitinin 1989-cu il təvəllüdlü Məhərrəmova Banı Xudayar qızı olması və hadisəni isə zərərçəkmişin qayınatası – 1946-cı il təvəllüdlü İ.Məhərrəmov tərəfindən törədildiyi müəyyənləşdirilib.

NOCOMMENT xəbər verir ki, İdris Məhərrəmov bildirib ki, yoldaşı ondan gəlinin harada olduğunu soruşanda – “Gəlin yoxdur, onun adını çəkmə”, – dedim.

“Yoldaşım dedi ki, İdris, niyə belə etdin? Dedim – o, bizi hər yerdə biabır etmişdi, burada özünə kişi tapdı, qurtardı, getsin indi orada özünə kişi tapsın”, – deyə qeyd edib.

Daha ətraflı Baku TV-nin süjetində: