Bakının Sabunçu qəsəbəsi, İlyas Əfəndiyev 6 ünvanın yerləşən qəzalı binanın hasarı aşıb.
NOCOMMENT.az xezerxeber.az-a istinadən xəbər verir ki, hadisə zamanı bina sakini son anda dağıntıların altında qalmaqdan qurtulub.
Sakinlər deyirlər ki, 154 yaşı olan qəzalı bina yağışdan sonra daha da bərbad vəziyyətə düşüb. Aidiyyəti qurumlardan isə hələ binaya baxış keçirən olmayıb.
Bir neçə gün əvvəl yağan intensiv yağışlardan sonra mənzillərin içərisi də yararsız vəziyyətə düşüb.
Məsələ ilə bağlı Sabunçu Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Lakin qeyri-iş günü olduğu bildirilərək suallarımız cavablandırılmadı. Sakinlər isə qəzalı binada hər an xoşagəlməz hadisə baş verə biləcəyindən narahatdırlar. Odur ki, dərhal tədbir görülməsini istəyirlər.
Xezerxeber.az mövzu ilə bağlı daha ətaraflı videomaterialı təqdim edir: