Bakıda qız qaçırdan əmioğlularla bağlı xəbər varbackend

Bakıda qız qaçırdan əmioğlularla bağlı xəbər var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda adam oğurluğunda ittiham olunan Elturan Daşdəmirov və onun əmisi oğlu Tərlan Daşdəmirovun barəsindəki qərardan yenidən kassasiya şikayəti verilib.

NOCOMMENT.az Pravda.az-a istinadən xəbər verir ki, şikayət Ali Məhkəmənin hakimi İlqar Qılıcovun sədrliyi ilə araşdırılacaq.

 

Məhkəmənin ilkin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

 

Qeyd: Hadisə 2020-ci ilin mart ayında Sabunçu rayonunda baş verib. Elturan Daşdəmirov və onun əmisi oğlu Tərlan Daşdəmirov birlikdə qız qaçırıblar. Elturan Daşdəmirov qaçırılan Q.M (ad və soy ad şərtidir) ilə evlənmək niyyətinin olduğunu bildirib. Zərərçəkmişin isə bu evlilikdə istəyi olmayıb.

 

Hər iki şəxs saxlanılaraq məsuliyyətə cəlb olunub. Onlar barəsində Cinayət Məcəlləsinin 144.2.3-cü (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən adam oğurluğu törətmək) maddəsi ilə ittiham elan edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elturan Daşdəmirova 9, Tərlan Daşdəmirova isə 8 il müddətinə azadlıqdan məhrum olunub.