Bakıda qızın arxasınca düşən “Galenwagen” sürücüsü kimdir? – VİDEObackend

Bakıda qızın arxasınca düşən “Galenwagen” sürücüsü kimdir? – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda sürücünün kobud qayda pozuntuları anbaan kameraya düşüb.

NOCOMMENT.az avtosfer.az -a istinadən xəbər verir ki, hadisə oktyabrın 18-də, paytaxtın İnşaatçılar prospektindən başlayıb.

Belə ki, 90-BN-500 qeydiyyat nişanlı “Mercedes Gelandewagen” markalı avtomobilin sürücüsü svetoforun əlavə bölməsinin yanmasını gözləyən zaman qəfildən hərəkətə başlayıb. Məlum olub ki, o, sağ zolaqla hərəkət edən “Changan” markalı avtomobilin xanım sürücüsünü izləyirmiş.

Bir neçə kilometr məsafə qət edən sürücü sonda paytaxtın Fətəli xan Xoyski küçəsində görüntülənib. Videodan da göründüyü kimi, xanım sürücünün yanında dayanaraq onu söhbətə tutmağa başlayıb. Sağ zolaqla hərəkətə başlayan sürücü, xanımın sola döndüyünü görən anda istiqamətini dəyişərək yenidən onun ardına düşüb. Bu zaman manevr qaydasını kobud şəkildə pozaraq təhlükə yaradıb.

Sözügedən videonu təqdim edirik: