Bakıda qonşunun heyvan saxlaması sakinlərin narazılığına səbəb olub – VİDEObackend

Bakıda qonşunun heyvan saxlaması sakinlərin narazılığına səbəb olub – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəzər rayonu, “Binə sovzox” adlanan ərazidə evlərin yaxınlığında olan tövlə sakinlərin narazılığına səbəb olıb.

NOCOMMENT.az xezerxeber.az-a istinadən xəbər verir ki, sakinlər bildirirlər ki, yaşadıqları məhəllə təzə salınıb.

Məhəllə ilə bağlı problemləri olmasa da, onları narahat edən qonşunun heyvanlarıdır.

Onlar problemlə bağlı dəfələrlə heyvanların sahibi ilə danışsalar da, faydası olmayıb.

Problemlə bağlı tövlənin sahibi deyib ki, 34 ildir bu ünvanda yaşayır. Onun sözlərinə görə, elə ilk gündən heyvandarlıqla məşğul olub.

Təsərrüfat sahibi deyib ki, əgər yeni iş yeri tapsa və heyvanlarını sata bilsə, daha bu işlə məşğul olmayacaq. O bildirib ki, hazırda fermada 11 baş heyvanı var.

Qeyd edək ki, vətəndaşlar yaranmış problemlə bağlı hüquq-mühafizə orqanlarına da müraciət ediblər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.