Bakının Azərbaycan prospekti ilə Əhməd Cavad küçəsinin kəsişməsində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı səkidə olan uşağın üzərinə məhəccər aşıb.
NOCOMMENT.az-ın məlumatına görə, hadisə nəticəsində uşaq ağır xəsarət alaraq yıxılıb və huşsuz vəziyyətdə qalıb.
Hadisə yerindən keçən, mülki geyimdə xidmət aparan polis əməkdaşları vəziyyətin son dərəcə ağır olduğunu anlayaraq dərhal müdaxilə ediblər.
Polis əməkdaşları tərəfindən azyaşlı xidməti avtomobillə təcili xəstəxanaya çatdırılıb. Dərhal cərrahi əməliyyat edilən uşağın həyatını xilas etmək mümkün olub.
Hazırda azyaşlının vəziyyəti həkim nəzarəti altındadır.(Oxu.Az)













