Bakıda “Range Rover” “Opel”lə toqquşub, polis xəsarət alıb – FOTObackend

Bakıda “Range Rover” “Opel”lə toqquşub, polis xəsarət alıb – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda yol-nəqliyyat hadisəsi olub.

NOCOMMENT Apa.az-a istinadən xəbər verir ki, hadisə Nizami rayonunda, “Maşın bazarı” adlanan ərazidə qeydə alınıb.

“Range Rover” markalı avtomobillə “Opel” markalı avtomobil toqquşub.

Bundan sonra” Range Rover” səkiyə aşıb.

Qəzadan sonra “Range Rover”in sürücüsü hadisə yerindən yayınıb. “Opel”də olan polis əməkdaşı xəsarət alıb. Hadisə yerinə təcili tibbi yardım briqadası cəlb olunub.

Hüquq-mühafizə orqanlarının əməkdaşları da hadisə yerinə gəlib.