Bakıda restoranda dava düşüb, iki qardaş saxlanılıbbackend

Bakıda restoranda dava düşüb, iki qardaş saxlanılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda restoranda dava düşüb.

NOCOMMENT apa-ya istinadən xəbər verir ki, hadisə Nizami rayonu ərazisində yerləşən “Şuşa qalası” restoranında qeydə alınıb.

Təbriz Məmmədov qardaşı Nicat Məmmədovla birlikdə gecə saat 23 radələrində ictimai qaydanı pozaraq Sirac Mustafayevə yumruq və təpiklə zərbələr vuraraq xəsarət yetiriblər. Qardaşlar saxlanılıblar.

Faktla bağlı Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb.